Millimizlə oyun öncəsi Macarıstan yığması itkilərlə üzləşdi


İdman 07 Okt 2019 10:50:00 325 0

Millimizlə oyun öncəsi Macarıstan yığması itkilərlə üzləşdi

Macarıstan yığması AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan və Xorvatiya ilə oyunlar ərəfəsində itkilərlə üzləşib.

Goal.az Macarıstan Futbol Federasiyasının rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, komandanın heyətində Avstriya "Zaltsburq"unda çıxış edən Dominik Soboslai və "Zalegerseq"də oynayan Kristian Tamaş zədələnib. Hər iki oyunçu bu səbəbdən yığmanın toplanışına qatıla bilməyib.

Soboslai belindəki problemə görə Avstriyada "Altax"a qarşı görüşü buraxıb, Tamas isə bazar günü tibbi müayinədən keçib və 24 yaşlı müdafiəçinin heyətdən çıxarılması məqsədə uyğun hesab olunub. Bu oyunçuların yerinə "Debretsen"in formasını geyinən Yanoş Ferentsi komandaya cəlb olunacaq və bu gündən məqşlərə qoşulacaq.

Qeyd edək ki, Macarıstan yığması Xorvatiya ilə oktyabrın 10-da səfərdə, Azərbaycanla isə 3 gün sonra evdə qarşılaşacaq.