Bu ilin 9 ayında Energetika Nazirliyinin Çağrı Mərkəzinə 1211 müraciət daxil olub


Digərləri 07 Okt 2019 10:42:00 175 0

Bu ilin 9 ayında Energetika Nazirliyinin Çağrı Mərkəzinə 1211 müraciət daxil olub

2019-cu ilin 9 ayı ərzində Energetika Nazirliyinin Çağrı Mərkəzi tərəfindən 1211 zəng qəbul edilib.

Bakı. 2019-cu ilin 9 ayı ərzində Energetika Nazirliyinin Çağrı Mərkəzi tərəfindən 1211 zəng qəbul edilib. Nazirlikdən Trend-ə verilən məlumata görə, müraciətlər əsasən, elektrik enerjisi və qaz təchizatı məsələlərini əhatə edib. Bunlardan 548-i enerji təchizatı, 339-u qaz təchizatı, 44-ü elektrik və qaz sayğaclarının quraşdırılması, 8-i istilik sisteminə qoşulma, 109-u isə digər məsələlərlə bağlı müraciətlər olub. Daxil olan zənglərin 163-nü qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür zəngləri təşkil edib. Hesabat dövründə qaz təchizatı üzrə qəbul edilən zənglərdən 146-ı Fövqəladə Hallar Nazirliyindən daxil olan qaz sızması və dəm qazı ilə bağlı müraciətlər olub ki, bu zənglər operativ şəkildə “Azəriqaz” İB-nin 104, 185 və 521-33-44 qaynar xətt nömrələrinə ötürülərək yaranmış vəziyyətlə bağlı məlumat verilib.