“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


Digərləri 07 Okt 2019 10:48:03 280 0

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

Bakı. InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib. Trend həmin məlumatı təqdim edir: EUR. Amerika ilə Avropa Birliyi (AB) arasında da ticarət böhranın növbəti gərgin səviyyəyə yüksəlməsi, Avrozonada iqtisadi gözləntilərə mənfi təsir etməklə yanaşı, EUR/USD məzənnəsi üzrə satış proqnozlarını da artırır. Təhlillər məzənnənin 1.08$-a düşəcəyini ehtimal etməyə əsas verir. Bununla yanaşı, cümə axşamı Bakı vaxtı ilə saat 10:00-da Almaniyanın xarici ticarətinə və saat 16:30-da ABŞ-dan açıqlanacaq inflyasiyaya dair önəmli fundamental məlumatlar da bu həftə önəmli rol oynayacaqdır. GBP. İngiltərə hökümətinin oktyabrın 31-də planlaşdırdığı Breksit üzrə AB ilə sazişin razılaşdırılması üçün verdiyi təkliflərin qəbul edilməməsi də iqtisadi riskləri artırır. Bu, avro ilə yanaşı, funt- sterlinqə də mənfi təsir etməkdədir. Sazişsiz Breksitdən sonra yarana biləcək iqtisadi xaos haqqında artıq hökümət xəbərdarlıq sənədi paylaşıb. Beləliklə, GBP/USD məzənnəsinin 1.24$-ın altında qaldıqca, 1.22$-a kimi ucuzlaşa biləcəyi proqnozlaşdırılır. Cümə axşamı saat 12:30-da İngiltərənin iqtisadi inkişafı və sənaye sektoru ilə bağlı açıqlanan fundamental göstəricilər də investorların diqqət mərkəzindədir. TRY.