Varlılar uşaqlarına hansı adları qoyurlar?


Digərləri 07 Okt 2019 10:32:00 225 0

Varlılar uşaqlarına hansı adları qoyurlar?

Bahalı uşaq geyimləri mağazası "HushHush" bir uşağa uğur gətirə biləcək adların siyahısını tərtib edib.

Son.az bildirir ki, siyahıya varlılar arasında ən çox rast gəlinən 10 qadın və 10 kişi adı daxildir. 

Siyahını tərtib etmək üçün təşkilatçılar mağazada qeydiyyatda olan müştərilərin və "Sunday Times" qəzetinin İngiltərədəki ən varlı 1000 nəfər haqqında yazılan məlumatlardan istifadə ediblər.

Məlum olub ki, varlılar ən çox oğlan övladlarına - John, David, Tom, Wong, Bill, Charles, Michael, Robert, Mohammed and Jim adlarını qoyurlar.

Qadınlar arasında isə Məryəm, Judit, Sofiya, Anna, Viktoriya, Elizabet, Abigail, Kim, Mackenzie və Kirsten adları çoxluq təşkil edir. 

(adsgarden = window.adsgarden || []).push({});