Vilayət Eyvazovdan yeni rəis TƏYİNATI


Digərləri 07 Okt 2019 10:27:00 272 0

Vilayət Eyvazovdan yeni rəis TƏYİNATI

Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. 

Nazirin əmrinə əsasən, polis mayoru Qulu Quliyev 11 saylı İmişli Qeydiyyat-İmtahan və Texniki Baxış şöbəsinin rəisi təyin edilib. 

O, bundan əvvəl qurumun Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayında tağım komandiri vəzifəsində işləyib.