“Skoda” körpüdən aşdı:


Dünya 07 Okt 2019 10:14:00 243 0

“Skoda” körpüdən aşdı:

Türkiyənin Düzcə vilayətində minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib.

Son.az avtosfer.az-a istinadən xəbər verir ki, insident səhər saatlarında Kiçikmelen körpüsündə qeydə alınıb. Məlumata görə, Ankara istiqamətinə hərəkət edən Şaban Qayacanın idarəetməsində olan İstanbul qeydiyyat nömrə nişanlı "Skoda Octavia" markalı avtomobil idarəetmədən çıxaraq körpüdən təxminə 30 metrlik hündürlükdən Melen çayı kənarına düşüb.

Nəticədə Sebahat Kayacan (65), Fadim Ağdoğan (73)  hadisə yerində həyatlarını itiriblər. Sürücü və Şevval Ebru Kayacan isə, təcili tibbi yardım maşınları ilə xəstəxanaya çatdırılıblar.

Polis qəza ilə bağlı araşdırmalara başlayıb.