Bu ölkələr arasında müharibə başlasa,


Dünya 07 Okt 2019 10:09:00 242 0

Bu ölkələr arasında müharibə başlasa,

Hindistan və Pakistan arasında nüvə müharibəsi olacağı təqdirdə 125 milyon insanın ölə biləcəyi irəli sürülüb.

Son.az xəbər verir ki, bu barədə ABŞ-da aparılan bir araşdırmanın nəticəsi "Science Advances" jurnalında dərc olunub.

Araşdırmada milyonlarla insanın ölümü ilə yanaşı nüvə buludları səbəbiylə yer üzünə gələn Günəş şualarının 20-35 faizinin 20 ilə 35 dərəcə azala, bunun havanın istiliyini 2-5 dərəcə azalda, yağış və qarın 15-30 nisbətində azalda biləcəyi qeyd edilib. Nüvə silahının səbəb ola biləcəyi mümkün iqlim dəyişikliyi kənd təsərrüfatı məhsullarının 15-30 faiz azalmasına, bu vəziyyətin aclığa səbəb ola biləcəyi qeyd olunub. Müharibənin təsirləri isə 10 ildən çox davam edə bilər.

Araşdırmaçı Alan Robk qeyd edib ki, belə bir müharibə nəinki bombaların düşəcəyi yerləri təhdid edir, bütün dünyaya təhdiddir. (ölkə.az)