Bu ay iki ulduz axını olacaq


Digərləri 07 Okt 2019 10:05:00 273 0

Bu ay iki ulduz axını olacaq

Oktyabr ayında planetimizin sakinləri Drakonid və Orionid adlı iki ulduz axınını müşahidə edə biləcək.

Bakı. Oktyabr ayında planetimizin sakinləri Drakonid və Orionid adlı iki ulduz axınını müşahidə edə biləcək. Trend-in məlumatına görə, ilk Drakonid meteor yağışı oktyabrın 6-da başlayacaq və üç gündən sonra maksimum həddə çatacaq. Göydə təxminən saatda on ulduz axını görünəcək. Orionid ulduz axını isə maksimum həddə oktyabrın 21-də çatacaq.