Səhiyyə Nazirliyi: Qala-Pirallahı yolunda baş verən qəzada 11 nəfər xəsarət alıb


Digərləri 07 Okt 2019 09:55:00 194 0

Səhiyyə Nazirliyi: Qala-Pirallahı yolunda baş verən qəzada 11 nəfər xəsarət alıb

Qala-Pirallahı yolunda (Zirədəki "Bolmarket"in yanı) avtoqəza baş verib.

Bakı. İlhamə İsabalayeva - Qala -Pirallahı yolunda (Zirədəki "Bolmarket"in yanı) avtoqəza baş verib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hadisə yerinə gələn təcili tibbi yardım briqadası 11 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı xəstəxanaya çatdırıb: "Xəstəxanadan verilən məlumata görə, müraciət edən 11 nəfərdən 9 ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb. İki nəfərin müalicəsi davam edir. Həkimlər xastəxanada qalan iki nəfərin vəziyyətini orta ağır kimi qiymətləndirir. Həyatları üçün təhlükə yoxdur".