Ayı 50 yaşlı qadını parçalayıb yedi


Digərləri 07 Okt 2019 09:38:48 287 0

Ayı 50 yaşlı qadını parçalayıb yedi

Rusiyada ayı 50 yaşlı qadını parçalayaraq yeyib.

Bakı. Rusiyada ayı 50 yaşlı qadını parçalayaraq yeyib. Trend-in məlumatına görə, hadisə Baykalda Xiloksk rayonunda qeydə alınıb. Vilayətin vahid dispetçer xidmətindən hadisə ilə bağlı verilən xəbərdə deyilir ki, Terepxen kəndindən 100 kilometr aralıda 1969-ci il təvəllüdlü kənd sakininin meyiti aşkar edilib. Meyitin baş nahiyəsi parçalanıb, sağ əli isə qopub. Hadisə yerində araşdırma qrupu təhlillər aparır.