Sabirabadda 3 otaqlı ev yanıb


Digərləri 07 Okt 2019 09:09:49 246 0

Sabirabadda 3 otaqlı ev yanıb

Sabirabadda 3 otaqlı ev yanıb

Bakı. Sabirabadda 3 otaqlı ev yanıb. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonda ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin lambirindən ibarət tavanı 15 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.