Azərbaycana avtomobil idxalı 2 dəfə artıb


Digərləri 07 Okt 2019 09:16:30 201 0

Azərbaycana avtomobil idxalı 2 dəfə artıb

2019-cu ilin yanvar-avqust aylarında Azərbaycana 26 695 avtomobil idxal olunub

Bakı. Eldar Canaşvili - 2019-cu ilin yanvar-avqust aylarında Azərbaycana 26 695 avtomobil idxal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 90 faiz çoxdur. Trend-in məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında deyilir. Bu ilin ilk səkkiz ayı ərzində 24 088 minik maşını idxal edilib. Bu rəqəm 2018-ci ilin yanvar-avqust ayları ilə müqayisədə təxminən 2 dəfə çoxdur. İdxal olunan 10 və daha çox sərnişin daşıyan nəqliyyat vasitələrinin sayı 246-ya (2,5 dəfə artım) bərabər olub. Bundan başqa, 2 262 yük maşını (69,8 faiz artım), 99 xüsusi təyinatlı nəqliyyat vasitəsi (22 ədəd artım) idxal olunub.