Əşrəf Qani Sabgatullah Əhmədi vəzifəsindən azad edib


Dünya 07 Okt 2019 09:05:00 244 0

Əşrəf Qani Sabgatullah Əhmədi vəzifəsindən azad edib

Əfqanıstan prezidenti Əşrəf Qani Əfqanıstanın XİN sözçüsü Sabgatullah Əhmədi vəzifəsindən azad edib.

Son.az Trend-ə istinadən bildirir ki, Əhmədi mənasız açıqlamalarına görə işdən qovulub. "1TV News" kanalına görə, Əhmədin konkret hansı sözlərə görə azad olması deyilmir.

Ölkə başçısının rəsmi nümayəndəsi Sedik Sedikkinin Twitter-dəki xəbərinə görə, XİN müvəqqəti nümayəndəsi vəzifəsini bazar günü XİN başçısının iqtisadi əməkdaşlıq üzrə müavini vəzifəsinə təyin etdiyi Mirvas Nab tutdu.