Azərbaycanda pediatriyanın yeni sahələri üzrə həkim hazırlığına başlanılacaq (ÖZƏL)


Digərləri 07 Okt 2019 07:46:41 437 0

Azərbaycanda pediatriyanın yeni sahələri üzrə həkim hazırlığına başlanılacaq (ÖZƏL)

Azərbaycan Tibb Universitetində pediatriya ixtisasının alt sahələri üzrə də kadr hazırlığına başlanılacaq.

Bakı. İlhamə İsabalayeva - Azərbaycan Tibb Universitetində (ATU) pediatriya ixtisasının alt sahələri üzrə də kadr hazırlığına başlanılacaq. Bu barədə Trend-ə universitetdən məlumat verilib. Bildirilib ki, Azərbaycanda ilk dəfə olaraq, ATU-da uşaq kardioloqu, uşaq cərrahlığı, uşaq nevroloqu ixtisasları kadr hazırlığının aparılacağı ixtisasların siyahısına əlavə ediləcək. Həmin ixtisaslar üzrə kadr hazırlığına 2020-2021-ci tədris ilindən başlanılacaq.