Dünyanın ən möhtəşəm PAYIZ MƏNZƏRƏLƏRİ FOTO


Digərləri 07 Okt 2019 02:30:00 371 0

Dünyanın ən möhtəşəm PAYIZ MƏNZƏRƏLƏRİ  FOTO

Romantik və melanxoliklərin fəsli olan payızın ən gözəl rəng tonlarını təqdim edən yerlər mənzərələri ilə göz oxşayır. Yay bitərkən təbiət də sarılara, narıncılara bürünüb vizual festival başladır. Saralan, qırmızıya çalan və tökülən yarpaqlar romantik görüntülər sərgiləyir. Dünyanın bəzi bölgələrində isə bu rənglər şəhərlərin simvolik məkanları və ya təbiətin fərqli gözəllikləri ilə bütünləşərək daha təsirli mənzərə yaradır.

Son.az payızın ən gözəl tonlarının yarandığı şəhərləri təqdim edir.

Bavariya, Almaniya

Burada özünüzü bir pəri nağılının içində hiss edəcəksiniz. Xüsusilə, neo-romantizm memarlıq stilində tikilmiş Neuschwanstein Qalası və ətrafındakı rəngarəng ağacların mənzərəsi gerçək olmayacaq qədər sehrli görünür.

Napa vadisi, ABŞ

Kaliforniya əyalətindəki Napa vadisi dünyaca məşhur ləzzətli şərabların istehsal olunduğu bölgədir. Üzüm bağlarının sonsuz üfüqlərə qədər uzanan mənzərəsi, bitkilərin yarpaqlarının saralanda Günəşi qısqandıracaq rəngə bürünməsi size valeh edəcək.

Seul, Cənubi Koreya

Cənubi Koreyanın paytaxtı Seulda payızın gəlişi ilə rəng dəyişdirən bitki örtüyü ilə zərif memarlıq quruluşunda olan məbədlər gözoxşayan mənzərə yaradır. Şəhərin "qəlbindəki" Bukhansan Milli Parkı kimi yerlərdə gəzmək payızda daha çox zövq verir.

Brügge, Belçika

(adsgarden = window.adsgarden || []).push({});