Dünyanın sirli məkanları Heyvanları daşa döndərən göl FOTO


Digərləri 06 Okt 2019 23:10:00 373 0

Dünyanın sirli məkanları  Heyvanları daşa döndərən göl  FOTO

Avropaya getmək, Amerika gəzintisinə çıxmaq, Afrikanı kəşf etmək demək olar ki bir çoxlarının xəyalıdır. Görmədiyimiz yeni yerləri görmək, fərqli adət ənənələri kəşf etmək bəzən ifadəolunmazdır. Lakin dünyada elə yerlər var ki, sirrlərini bu günə kimi qoruyub saxlayıb.

Son.az ölkə.az-a istinadən sirli məkanlarının siyahısını təqdim edir:

1 Natron gölü-Tanzaniyada yerləşən bu gölün tərkibində miqdardan artıq alkoloid olduğu üçün həmin suya yaxınlaşan heyvanlar daşa dönür.

2 Nöqtəli göl- Kanada da yerləşən bu gölün 365 çuxuru var. Üstəlik hər bir çuxurda fərqli xəstəliklərə çarə olan ayrı-ayrı mineral maddələr var.

3 Sualtı park-Avstraliyada yerləşən sualtı parkı qışda park, yayda dağlarda qar əriməsi nəticəsində göl olur.

4 Qitələri ayıran çat-İslandiyada yerləşən Silfra yarığı gölü Şimali Amerika ilə Avrasiyanı bir-birindən ayırır. 

5 Kano kristalları-Kolumbiyada yerləşən bu göl yay aylarında bitki örtüyünə görə qırmızı rəngə boyanır. Bu şəlalə yer kürəsində görülməsi vacib olan yerlərdən biridir. 

6 Qan tökülmələri-Antarktidada bitmək bilməyən bəyaz qarların və suların rəngini qırmızıya boyayan ərazi. Belə ki, ərazidə dəmirin miqdarı çox olduğuna görə bu yerlər qırmızı rəngə boyanaraq qan tökülməsi mənzərəsini yaradır. 

(adsgarden = window.adsgarden || []).push({});