Karbohidratlı qidalarda TƏHLÜKƏ


Digərləri 06 Okt 2019 23:00:00 331 0

Karbohidratlı qidalarda TƏHLÜKƏ

"Şəkər və çörəklə qidalanma beyin hüceyrələrini öldürür, beyinin inkişafına mənfi təsir edir".

Son.az yenicag.az-a istinadən bildirir ki, bu fikirləri tibb eksperti Nazir Allahverdi sosial şəbəkədə paylaşıb.

Dünya ölkələrində uşaqların səhər qidalanmasına xüsusi önəm verildiyini vurğulayan həkim Yaponiya, Cənubi Koreya, Almaniya kimi dövlətlərdən misallar çəkib:

"Çox üzülərək söyləyirəm ki, Azərbaycan gəncliyi düzgün qidalanmanın hələ də nə olduğunu bilmir. Bu barədə nə bir məqalə, nə də yazı tapmaq mümkündür. Ona görə kiçik bir araşdırma apararaq, tibb eksperti kimi bu rəyimi sizinlə bölüşürəm.

Yaponiyada uşaqlara səhər yeməyində daha çox yumurta verilməsi haqqında bir yazı gördüm. Dərhal ağlıma öz ölkəmizdə olan insanların qidalanma rejimi gəldi.

Demək, Yaponiyada 7 yaşından etibarən, uşaqlara hər səhər ən azı iki yumurta verirlər. Çörək yemirlər, yesələr də çox az miqdarda istifadə olunur. Hər axşam isə mütləq dəniz məhsulları və balıq yeyilir.

Yaponiya və Cənubi Koreya qoz-fındıq bağlarını son 50 ildə 140 faiz artırıb. Uşaqlara dayanmadan qoz yedizdirirlər. Gündə ən çox iki dəfə yemək yeyirlər. Yeməklərin əksəriyyəti proteinlə zəngin qidalardan ibarətdir.

(adsgarden = window.adsgarden || []).push({});