Bakda metro yaxınlığında ər arvadını 20 bıçaq zərbəsilə öldürdü FOTO


Kriminal 06 Okt 2019 22:10:00 362 0

Bakda metro yaxınlığında ər arvadını 20 bıçaq zərbəsilə öldürdü  FOTO

Bakıda ər arvadını qətlə yetirib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə Binəqədi rayonunda, Avtovağzal metrostansiyası yaxınlığında qeydə alınıb.

Nicat Abdullayev küçədə həyat yoldaşı Leyla Abdullayevanı uşaqlarının gözü qarşısında bıçaqlayıb. L. Abdullayevaya 20 bıçaq zərbəsi vurulub. Qadın hadisə yerində həyatını itirib.

Hadisəni törədən N. Abullayev Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Hadisə yerinə Binəqədi Rayon Prokurorluğunun əməkdaşları cəlb edilib. Hadisə zamanı istifadə edilən bıçaq maddi sübut kimi götürülüb.