Daha cavan qalmanın SİRLƏRİ


Digərləri 06 Okt 2019 21:50:00 306 0

Daha cavan qalmanın SİRLƏRİ

Zamanı nə cür dayandırmaq olar? Daha cavan görünmək üçün nə etmək lazımdır?

Son.az medicina.az-a istinadən bildirir ki, yaşından daha cavan görünmək üçün bu sadə qaydalara riayət etmək kifayətdir.

-Hərəkət etmək

Şübhəsiz ki, mütəmadi olaraq idmanla məşğul olanların daha cavan göründükləri bir sirr deyil. Bu fiziki aktivliyin qan dövranını yaxşılaşdırdığı ilə əlaqədardır. Bundan əlavə idman zamanı orqanizmdən çoxlu miqdarda tər də ifraz olunur ki, bu da zərərli maddələrin orqanizmdən çıxarılmasına kömək edir

-Şirniyyatdan imtina etmək

Yüksək miqdarda şirniyyat insanın zahiri görünüşündə öz əksini tapır. Şirin qidalardan çox miqdarda istifadə edənlərin üzləri daha yorğun və qaşqabaqlı olur ki, bu da qırışların əmələ gəlməsinə zəmin hazırlayır. Bu səbəbdən şirin qidaların qəbulunun minimuma endirilməsi daha məsləhətdir.

-Yetəri qədər yuxu

Yuxunun öyrənilməsi üzrə aparılan tədqiqatlara əsasən, insanların təxminən 20-30 faizi yetəri qədər yatmırlar. Lakin mütəxəssislər bildiriblər ki, yuxu zamanı orqanizmin detoksikasiya və regenerasiya prosesi gedir ki, bu zaman zədələnmiş hüceyrələrin bərpasına cavabdeh bir sıra hormon ifraz olunur. Bu hormonların ifrazı əzələ tonusu, o cümlədən zahiri görünüşün tonusda saxlanılması üçün çox vacibdir. Aparılan araşdırmalar onu da göstərib ki, müxtəlif yaş qrupuna aid insanların düzgün yuxu müddəti fərqlidir. Belə ki, yenidoğulmuşlar (0-3 ay) 14-17 saat, körpələr (4-11 ay) 12-15 saat, uşaqlar (1-2 yaş) 11-14 saat, məktəbəqədər yaşda olan uşaqlar (3-5 yaş) 10-13 saat, məktəblilər (6-13 yaş) 9-11 saat, yeniyetmələr (14-17 yaş) 8-10 saat, böyüklər (18-64 yaş) 7-9 saat, yaşlılar (65 yaşdan yuxarı) isə 7-8 saat yuxu yatmalıdırlar.

(adsgarden = window.adsgarden || []).push({});