9 addımda qəzəbinizə nəzarət edin!


Digərləri 06 Okt 2019 21:25:00 206 0

9 addımda qəzəbinizə nəzarət edin!

Qəzəb sizin idarə edə biləcəyiniz bir hissdir. Həyatınızın hansı hissəsində yer alacağına özünüz qərar verə bilərsiniz. Hiss etdiyiniz qəzəbin səbəblərini görə bilər və həllini tapmaq üçün hərəkətə keçə bilərsiniz. Bəs bunu necə bacarmaq olar?

Son.az mövzu ilə əlaqədar oxucularına problemin həll yollarını təqdim edir.

Duyğunu yaşayın: Hissetdiyiniz qəzəb belə olsa, nəticədə sacədə duyğusal bir enerjidir. Düz və ya səhv deyildir; bunu mühakimə etmək mənasızdır. 

Qəzəbə haqlı səbəblər və ya bəhanələr axtarmağa ehtiyac yoxdur. 

Əgər duyğusal enerjinin qəzəb halını yaşayırsınızsa, hiss edin. Qəzəbin altında yatan qorxu, günahkarlıq və peşmanlıq kimi duyğuları da hiss edin. 

Fikirləri anlayın: Qəzəbə səbəb olan fikirlərinizi tapın.  Qəzəblə bərabər hiss etdiyiniz duyğuları da anlamağa çalışın. 

Düşüncələrinizi aydınlıqla incələyib tərəfsiz gözlərlə baxın.  Bu düşüncələrin oturuşmuş və təkrarlanan olub-olmadığını müşahidə edin. Beləliklə özünüz və ətrafınızla bağlı daha çox şey öyrənəcəksiniz.

Qərar verin: Sizi qəzəbləndirən bir insandır yoxsa özünüzə qəzəblənirsiniz? 

Yerinə yetirilməmiş istəklər, istəyib edə biləmədiyiniz dəyişikliklər üçün qəzəb hiss edirsiniz? 

Hiddətinizə nəzarət etməyin ən təsirli yolu, sizi əsəbləşdirən insana qışqırmaq yerinə nə istədiyinizi açıq şəkildə deməkdir.  

Əgər özünüzə əsəbləşmisinizsə, özünüzlə danışmaq və iç səsinizə qulaq asmaq vaxtıdır.

(adsgarden = window.adsgarden || []).push({});