Həyatınızdakı "qara zolaq"dan çıxmaq üçün 5 VACİB ADDIM


Digərləri 06 Okt 2019 21:05:00 247 0

Həyatınızdakı "qara zolaq"dan çıxmaq üçün 5 VACİB ADDIM

İstənilən insanın həyatında "qara zolaq" dövrü başlayır. Əgər siz uğurlu və özünəinamlı birisiniz və işləriniz yaxşı gedirsə də, bir anda hər şey pozulur və həyatınız alt-üst olur. Bu "qara zolaq"dan çıxmaq o qədər də asan deyil. Son.az həyatında "qara zolaq" olan insanlara bundan çıxmağın yolları barədə yazını təqdim edir.

Başınıza nəsə bir iş gəlir və siz "qara zolaq"dan çıxa bilmirsiniz. Əl atdığınız hər iş boşa çıxır. "Mənə nə olub?", "Niyə ancaq bədbəxtliklər məni izləyir" tipli suallar beyində fırlanmağa başlayır. Amma narahat olmayın, bu, hamının başına gəlir. Dünyada sizinlə eyni hissi eyni anda yüz minlərlə insan bölüşür. Bundan qurtulmaq üçün nələri etməli?

1.Dəyişikliklər

Sizi əhatə edən xaosa başqa yöndən baxın. Bəlkə bu yaxşı dəyişikliyin ilk siqnallarıdır? Bu, ola bilər ki, daha yüksək səviyyəyə keçidin əlamətləridir. Sizi daha sakit və stabil dünya gözləyir. Belə bir halda isə uzun müddət can atdığınız şərait üçün nələrdənsə imtina etməli olacaqsınız.

Məhz belə bir xaos yeni evə köçməmişdən əvvəl başlayır. Köhnə evlə müqayisədə nə qədər yaxşı və rahat olsa da, bir müddət künclərdən toz təmizləmək, çemodanları açıb yerləşdirmək, mebelin yerini dəyişmək, çatışmayan əşyaları almaq lazım olur.

Eyni şey təzə nəsə öyrənəndə də baş verir. Təbii ki, elm asanlıqlq və ilk cəhddən əldə edilmir. Hətta siz istedadlı və bacarıqlı olsanız da, dəfələrlə özünüzü səfeh və bacarıqsız məktəbli kimi hiss etmisiniz. Bu isə o deməkdir ki, bir yerdə dayanmırsız, sizin mükəmməlliyinizin hüdudu yoxdur.

2.Olduğu kimi qəbul edin

Sizin formulunuz istənilən kimi ola bilər: "Hər şey Allahın əlindədir", "Hər şey yaxşılığa doğru", Belə lazımdır".

Bunu  bir neçə dəfə təkrar edin və bir çox şeyin sizdən yox, taleyinizdən və xarici faktorlardan asılı olduğunu hiss edəcəksiniz. Bu sizə vəziyyətinizi sakit qəbul etməyə və özünüzə inam qazandırmağa kömək edəcək.

Neqativ emosiyalarınızdan utanmayın və onları inkar etməyin. Bir çox hallarda insanlar qorxu, özünə inamsızlıq və ya zəifliklərini etiraf etməkdən çəkinirlər. Amma bu hisslər yoxa çıxmır.  Daxili dünyanıza nəzər yetirin və sizə mane olan emosiyalarınızı yoxlayın. Onların hansı formada, hansı rəngdə və daxilinizdə necə hərəkət etdiyini anlayın. Üzə çıxdıqdan sonra onlar sizinlə çox qalmayacaq və sizi tərk edəcəklər.

3.Keçmişin üstündən xətt çəkin Bunu anlamaq üçün evdə təmizlik aparın. İmkan olduğu qədər köhnə, uzun müddət istifadə edilməyən lazımsız əşyaları atın. Əgər atmağa əliniz gəlmirsə, ya satın, ya da ehtiyacı olana bağışlayın.

Siz məkanın necə boşaldığını və təmiz olduğunu görəcəksiniz. Ən əsası isə  sizə dəyərli olan köhnə və lazımsız əşyalardan qurtulmağın necə asan olduğunu dərk edəcəksiniz. Artıq bu əşyaların sizdə olmadığına heyfsilənmirsiniz və bir neçə gün sonra bunu unudacaqsınız.

(adsgarden = window.adsgarden || []).push({});