Çörəyin inanılmaz fəsadları Alim AÇIQLADI


Digərləri 06 Okt 2019 21:10:00 54 0

Çörəyin inanılmaz fəsadları  Alim AÇIQLADI

Alimlərin son illərdə apardığı araşdırmalar göstərir ki, çörək zərərlidir. Çünki onun tərkibində orqanizm üçün faydalı olan maddələr yoxdur. Emal olunmuş buğda unu maya ilə birləşərək, bütün faydalı xassələrini itirir, odur ki, faydalı sayıla bilməz. Buna görə də bir çox qidalanma mütəxəssisləri insanları çörəkdən imtina etməyə səsləyir.

Daim ağ undan hazırlanmış çörək və s. un məmulatları yeyən insanda piylənmənin, mədə-bağırsaq sistemi xəstəliklərinin və s. pozulmaların riski artır. Təzə yumşaq çörək pis həzm olunur, bir çox hallarda köp yaradır.

Son.az xəbər verir ki, başqa bir araşdırmada isə məlum olub ki, uzun illər karbohidratlardan imtina etmək ürək xəstəliyi riskini 20 faiz artırır!

Ürək sağlamlığı baxımından düzgün qidalanma və fiziki aktivlik əhəmiyyət daşıyır. Arıqlamaq üçün özünü bir çox faydalı məhsullardan məhrum etmək, səhv qidalanmaq ürək sağlamlığına mənfi təsir göstərə bilər.

Türkiyəli kardioloq, professor Müzəffər Değertekin ötən günlərdə aparılan Avropa Kardioloji Cəmiyyətində açıqlanan məlumatların detallarından danışıb. Fransanın paytaxtı Parisdə keçirilən Avropa Kardioloji Dərnəyinin toplantısında iştirak edən professor bildirib ki, karbohidratdan imtina və tez-tez arıqlayıb kökəlmək ürək ritmlərinin pozulmasına gətirib çıxarır:

"Dərnəyin iclasında 30 minə yaxın həmkarımız son prosesləri qiymətləndirib. Son aparılan tədqiqatlarda təxminən 450 min nəfər iştirak edib, 25 min adamın həyat və qidalanma tərzi isə təxminən 10 il boyunca təqib edilib. Təqib zamanı xəstələr qidalanma vərdişləri, karbohidrat və yağ istifadəsinə görə 4 qrupa ayrılıb. Məlum olub ki, normal çəkiyə düşdükdən sonra aşağı karbohidratlı pəhrizə davam edən insanlarda ürək xəstəliyi riski 20 faiz daha yüksəkdir. Qısa müddətlik karbohidratlardan imtina etmək faydalıdır, ancaq 10 il davam etməsi ürək xəstəliklərinə yol açır".

Professorun sözlərinə görə, həddən artıq karbohidrat istifadəsi də zərərlidir:

"Karbohidrat məhsulların istifadəsi nəzarət altında olmalıdır, amma tamamilə imtina etmək doğru deyil. Tədqiqatlar göstərir ki, karbohidratdan istfadə gündəlik 200 qramdan aşağı olmamalıdır.

Fiziki aktivlik xüsusilə mühümdür. Fiziki aktivlik nə qədər yüksək olsa da, metabolizm o qədər sürətlənir. Bu, həm də ürək xəstəliklərinin yaranması riskini minimuma endirir. Eyni zamanda doymuş yağların və siqaret istifadəsi məhdudlaşdırılmalıdır. Bunlardan başqa, məşq və balanslı bəslənməyə diqqət etmək lazımdır.

Köklük ciddi bir sağlamlıq problemidir, lakin tez-tez kökəlib arıqlamaq da ürəyə mənfi təsir göstərir. Köklük uzun müddət davam edərsə, ürək xəstəliyi riski daha çox artır. Xüsusilə tez-tez və sürətlə kökəlib arıqlayan insanlarda ürək ritm pozğunluqları meydana çıxır. Bu ritm problemi infarkta səbəb olur. Odur ki, çəkini stabil saxlamaq və qidalanmaya nəzarət etmək vacibdir. Uzun illər boyu piylənmədən əziyyət çəkənlərdə ürək xəstəliyi riski daha yüksəkdir. Şok pəhrizlər bir miqdar təsirli olsa belə ürək ritminə mənfi təsir edir".

(adsgarden = window.adsgarden || []).push({});
Həyatınızdakı "qara zolaq"dan çıxmaq üçün 5 VACİB ADDIM like
  • 06 Okt 21:05  
Digərləri Həyatınızdakı "qara zolaq"dan çıxmaq üçün 5 VACİB ADDIM

İstənilən insanın həyatında "qara zolaq" dövrü başlayır. Əg

arrow Ətraflı
Fərqli bitki çayları  Orqanizmə necə təsir edir? like
  • 06 Okt 21:00  
Digərləri Fərqli bitki çayları Orqanizmə necə təsir edir?

İnsan orqanizmi xüsusən də soyuq aylarda isti mayelərə ehtiyac duyur. Hər

arrow Ətraflı
Rusların ən təhlükəli bombardmançıları like
  • 06 Okt 20:50  
Dünya Rusların ən təhlükəli bombardmançıları

ABŞ-ın "Nəşnl interest" nəşri tarixin ən təhlükəli rus bomba

arrow Ətraflı
Rusiyanın ən nüfuzlu yazıçısı Aleksandr Proxanov: Zal İlham Əliyevi alqışlayırdı like
  • 06 Okt 20:40  
Digərləri Rusiyanın ən nüfuzlu yazıçısı Aleksandr Proxanov: Zal İlham Əliyevi alqışlayırdı

На пленарном заседании XVI Ежегодного заседа

arrow Ətraflı
Türkün 2200 il öncə səhrada yaratdığı möcüzə  Çin səddinə tay tutulur like
  • 06 Okt 20:40  
Digərləri Türkün 2200 il öncə səhrada yaratdığı möcüzə Çin səddinə tay tutulur

Çin dedikdə bir çox insanın ağlına gələn Böyük Çin səddi olur. Baxma

arrow Ətraflı
Rusiyanın ən nüfuzlu yazıçısı Aleksandr Proxanov: Zal İlham Əliyevi alqışlayırdı like
  • 06 Okt 20:35  
Siyasət Rusiyanın ən nüfuzlu yazıçısı Aleksandr Proxanov: Zal İlham Əliyevi alqışlayırdı

Azərbaycan Prezidenti İlham Əliyevin nitq söylədiyi Soçidəki "Valday

arrow Ətraflı
Çaylarımızda suyun səviyyəsi necədir? like
  • 06 Okt 20:30  
Digərləri Çaylarımızda suyun səviyyəsi necədir?

Çaylarda son günlər üzrə sululuq səviyyəsi açıqlnıb.

arrow Ətraflı
Bu qida üzdəki sızanaqları kökündən qurudur  TƏSİRLİ VASİTƏ like
  • 06 Okt 20:24  
Digərləri Bu qida üzdəki sızanaqları kökündən qurudur TƏSİRLİ VASİTƏ

Xarici görünüşünə fikir verənlər üçün sızanaqlar ən arzuolunmaz pro

arrow Ətraflı
Balıqçıları sivil balıq tutmağa səsləyən yeni təşəbbüs:  "Brakonyerliyə son" (FOTO) like
  • 06 Okt 20:23  
Digərləri Balıqçıları sivil balıq tutmağa səsləyən yeni təşəbbüs: "Brakonyerliyə son" (FOTO)

Azərbaycanın Həvəskar Balıqçılar İttifaqı ilə birgə "Brakonyerliyə s

arrow Ətraflı
Avstraliya hökuməti İran vətəndaşını azad edib like
  • 06 Okt 20:19  
Dünya Avstraliya hökuməti İran vətəndaşını azad edib

Avstraliya hökuməti 13 ay əvvəl Melburn şəhərində həbs etdiyi İran və

arrow Ətraflı