Qaydasında dəmlənməyən çayın ZƏRƏRİ


Digərləri 06 Okt 2019 20:14:00 260 0

Qaydasında dəmlənməyən çayın ZƏRƏRİ

Azərbaycanda ənənəvi içki sayılan çay səhv dəmləndiyi halda bir çox xəstəliklərin yaranmasına səbəb olur.

Odur ki, çayı dəmləyərkən, bəzi qaydalara əməl etmək lazımdır. Əks halda, dəmlədiyiniz çay sağlamlığınıza zərər vuracaq.

Son.az yenicag.az-a istinadən çay dəmləməyin vacib qaydalarını təqdim edir:

- Acımaması və dadını uzun müddət itirməməsi üçün çayı ocağın üzərində saxlamayın. Bu zaman çayın dadı daha da acılaşır. Ona görə də çayı yaxşı dəmlədikdən sonra mütləq ocağın üzərindən götürün. Əks halda, mədədə qastrit və xora xəstəliyinin yaranmasına səbəb olur;

- Çayı dəmləyərkən və ya dəmlədikdən sonra da yüksək istilikdə saxlamayın. Dəmləndikdən sonra istilikdə qalan çay insan sağlamlığı üçün təhlükəlidir;

- Gur alovda dəmlənən və isti-isti içilən çay sonrakı mərhələlərdə xərçəng xəstəliyinə yol açır.

(adsgarden = window.adsgarden || []).push({});