Narın arakəsmələri QİYMƏTLİ MÜALİCƏVİ MƏHSUL


Digərləri 06 Okt 2019 19:44:00 276 0

Narın arakəsmələri  QİYMƏTLİ MÜALİCƏVİ MƏHSUL

Narın faydaları haqqında çoxlu sayda məqalə və kitablar yazılıb. Antioksidant, vitamin, mineral, büzücü və s. faydalı maddələrlə zəngin olan nar həqiqətən şəfa mənbəyidir.

Bəzi ölkələrdə bu meyvəni yuxarı hissəsində  olan "taca" və unikal xüsusiyyətlərə görə "kral meyvəsi" adlandırırlar.

Nar həqiqətən bir çox faydalı və müalicəvi xüsusiyyətlərlə zəngindir - ürək-damar və sinir sistemini qoruyur, immuniteti möhkəmləndirir, qanın tərkibini yaxşılaşdırır, orqanizmi cavanlaşdırır, xərçəng əleyhinə təsir edir.

Son.az saglamolun.az-a istinadən bildirir ki, narın bütün hissələri faydalıdır - dənələri, qabıqları, çəyirdəkləri.

Narın içində olan nazik ağ arakəsmələr qədim zamanlardan ishal zamanı dərman kimi istifadə olunur.

(adsgarden = window.adsgarden || []).push({});