Barmaqların masajı möcüzələr yaradır Qədim yapon təbabətinin sirləri


Digərləri 06 Okt 2019 19:10:00 268 0

Barmaqların masajı möcüzələr yaradır  Qədim yapon təbabətinin sirləri

Barmaqlarımız sinir ucları ilə çox zəngindir. Barmaqlara təsir etməklə orqanizmin bir çox orqan və sistemlərinə təsir etmək mümkündür. Bunu hələ qədim zamanlarda Şərq təbibləri bilirdi və uğurla istifadə edirdi.

Son.az xəbər verir ki, Yaponiyanın Tsutsumi məktəbinin təbiblərinin fikrinə görə, baş barmaq tənəffüs sistemi ilə bağlıdır. Bu barmağı allegiya xəstəlikləri, angina, zökəm, bronxial astma zamanı masaj etmək lazımdır.

İşarət barmağının masajı mədə-bağırsaq sistemi xəstəlikləri zamanı faydalıdır. Belə massaj qəbizlik zamanı və həmçinin diş ağrısı və qollarda ağrılar zamanı yardım edir.

Orta barmağının masajı aşağı təzyiqi qaldırmağa kömək edir. Adsız barmağı oynaqlarda ağrılar, yüksək təzyiq, damarlarda spazmlar zamanı masaj etmək lazımdır.

Çeçələ barmağının masajı ürək nahiyəsində ağrılar, ürək döyünməsinin artması, aritmiya zamanı kömək edir.

(adsgarden = window.adsgarden || []).push({});