Mircəfər Bağırovun qara “ZiS110” avtomobili ABŞa necə gedib çıxdı...


Digərləri 06 Okt 2019 18:13:00 319 0

Mircəfər Bağırovun qara “ZiS110” avtomobili ABŞa necə gedib çıxdı...

Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri olmuş Mircəfər Bağırovunun xidməti Zis-110 avtomobili hazırda ABŞ-dadır və baxımsız qalıb.

Son.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda mag.auto.ru portalı yazır.

O dövrdə sovet rəhbərlərinin gəzdiyi "ZiS-110" (Stalin adına zavod) Böyük Vətən Müharibəsinin başa çatmasından sonra SSRİ-də seriya istehsalı həyata keçirilən ilk bu tip avtomobil idi. 194-1961-ci illər ərzində həmin avtomobildən 2089 nüsxə istehsal edilib. Və həmin avtomobillərdən biri sonradan ABŞ-a gedib çıxıb.Texas ştatının Hyuston şəhərinə gedib çıxan "ZiS-110" avtomobilini 2016-cı ildə eBay-da 200 min dollara satıblar. Bu, Mircəfər Bağırovun avtomobili idi...

1947-ci ildə istehsal edilmiş qara "ZiS-110" Stalin tərəfindən Mircəfər Bağırova hədiyyə edilmişdi. Stalinin ölümündən sonra Mircəfər Bağırov da işdən çıxarılır, həbs olunur və 30-cu illərdə həyata keçirilən amansız repressiyalara görə güllələnir. Avtomobil isə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin qarajında, küncdə atılıb qalır. 1968-ci ildə avtomobili Azərbaycan məmurlarından kiməsə bağışlayırlar.

(adsgarden = window.adsgarden || []).push({});