Kosmosda qorxunc partlayış:


Digərləri 06 Okt 2019 17:52:00 296 0

Kosmosda qorxunc partlayış:

Elm adamları hər biri potensial olaraq dağıdıcı toqquşma mövqeyində olan üç qalaktika kəşf edib. Kəşf olunan qalaktikaların ortasında nəhəng qara dəlik var. Qalaktikaların toqquşması həyatın necə yarandığına dair dəlillərin əldə edilməsi üçün ciddi əhəmiyyət kəsb edir.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, ABŞ-ın Corc Mason Universitetinin professoru, astrofizik Şobita Satyapal "qatarvari toqquşma" adlandırılan bir kosmos prosesini müşahidə altında saxladıqlarını açıqlayıb.

Elm adamının iddiasına görə, kəşf edilən yeni qalaktikalar bir-birinə potensial çırpılma mövqeyində dayanıb.

Araşdırmaçılar hər qalaktikada milyonlarla ulduz, planet və planet peykinin olduğunu açıqlayıb.

Nəhəng qara dəlik Günəşin həcmindən ən az 12 dəfə böyük ola bilər. Potensial qalaktika birləşməsi adlandırılan bu çırpılmalar elm adamlarına görə, Günəş sisteminin necə yaranmasında dair ipucu verə bilər.

Elm adamları yeni kəşflərə yol açacaq bu birləşmənin nadir proses olması səbəbindən indiyədək daha çox toqquşmanın baş verdiyinin öyrənilməsi baxımından önəmli olduğunu bildirir.

(adsgarden = window.adsgarden || []).push({});