Çaylarda suyun səviyyəsi dəyişdi


Digərləri 06 Okt 2019 17:05:41 295 0

Çaylarda suyun səviyyəsi dəyişdi

Çaylarda son günlər üzrə sululuq səviyyəsi açıqlnıb.

Bakı. İlhamə İsabalayeva - Çaylarda son günlər üzrə sululuq səviyyəsi açıqlnıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normaya yaxın olmaqla normanın 80 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan az və normadan çox olmaqla 40-110 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az və normaya yaxın olmaqla 40-80 faizini təşkil edir. Tranzit çaylarda faktiki vəziyyətə gəlincə, oktyabrın 4-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 136 m3/s qeydə alınır ki, bu da ongünlük normaya yaxın olmaqla normanın 84 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 145 m3/s olmaqla, ongünlük normaya yaxın olub. Oktyabrın 4-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmamışdır. Hazırda məntəqədə su sərfi 55 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 58 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 75 m3/s təşkil etməklə ongünlük normadan az olub.