DƏHŞƏTLİ PROSES: 1 yaşlı qızını ülgüclə kəsən ana hakim qarşısında


Dünya 06 Okt 2019 16:54:00 298 0

DƏHŞƏTLİ PROSES: 1 yaşlı qızını ülgüclə kəsən ana hakim qarşısında

Türkiyənin İstanbul şəhərində qan donduran hadisə ilə bağlı məhkəmə prosesi davam edir.

Son.az Lent.az-a istinadla bildirir ki, Prokuror Ovçular qəsəbəsində, 1 yaşlı qızı Eylül Miranın bədəninin müxtəlif yerlərini ülgüclə kəsib, kirli paltar suyu və maye sabunu iynə ilə bədəninə vurduğu iddia edilən 28 yaşlı Əzgi Qorucuya 20 ilə qədər həbs istəyib.

İstintaq zamanı ifadə verərkən qızına heç cür isinə bilmədiyini, işgəncə və əzabları onun ölməsi üçün etdiyini deyən Əzgi Qorucu, məhkəmənin ilk iclasında verdiyi ifadəni dəyişdirdi. Uşağına zərər vermədiyini deyən təqsirkar, "Qızım doğulandan bəri xəstəxanadadır. Tez-tez bədənindən analiz üçün qan alınır, kirli suyu bədəninə vursaydım bu aşkarlanardı. Həbsə girmək üçün ağlıma gələn hər şeyi dedim. Onları dediyim üçün də indi çox peşmanam. İttihamları qəbul etmirəm. Uşaqlarımın yanında olmaq istəyirəm. Hökmü qəbul etmirəm" deyib. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qabiliyyətinə dair hesabat alınmasına qərar verərək, iclası təxirə salıb.