Polis əməliyyat keçirdi, silahlı şəxs yaxalandı


Digərləri 06 Okt 2019 15:22:00 329 0

Polis əməliyyat keçirdi, silahlı şəxs yaxalandı

Zaqatalada polis əməliyyat keçirib.

Son.az Trend-ə istinadən bildirir ki, Zaqatala rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Balakən rayon sakini, 1989-cu il təvəllüdlü Qaracayev Samir Nəbiyulla oğlu Zaqatala rayon ərazisində saxlanılıb. Onun üzərindən bir ədəd barabanlı, nömrəsiz tapança aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.