Zaqatalada polis əməliyyat keçirdi, silahlı şəxs yaxalandı


Digərləri 06 Okt 2019 15:12:53 290 0

Zaqatalada polis əməliyyat keçirdi, silahlı şəxs yaxalandı

Zaqatalada polis əməliyyat keçirib.

Bakı. Samir Əli - Zaqatalada polis əməliyyat keçirib. Trend-in məlumatına görə, Zaqatala rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Balakən rayon sakini, 1989-cu il təvəllüdlü Qaracayev Samir Nəbiyulla oğlu Zaqatala rayon ərazisində saxlanılıb. Onun üzərindən bir ədəd barabanlı, nömrəsiz tapança aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanıb.