Ən yaxşı sevgili qab yuyan kişidir


Digərləri 06 Okt 2019 14:58:00 313 0

Ən yaxşı sevgili qab yuyan kişidir

Mütəxəssislərin fikrincə, cütlüklərin intim həyatının keyfiyyəti çox şeydən asılıdır.

Son.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, üç sosioloq - Yuta institutundan Deniel Karlson, İndianapolis Universitetindən Amanda Miller, Kornelsk Universitetindən Şeron Sassler 1992-1994-cü illərdə və 2006-cı ildə iki sorğu üzərində araşdırma aparıblar. Araşdırmada müxtəlif sosial təbəqədən olan 11000 insan iştirak edib.

Bütün iştirakçılar möhkəm münasibətlər üçün nəyin daha vacib olması sualını cavablandırıblar.

Münasibətlərin möhkəm olması üçün yaxşı intim, sadiqlik, məişət işlərinin bölünməsi və s. bəndlər göstərilib.

Alimlər belə qərara gəliblər ki, birinci və üçüncü bənd hər iki tərəf üçün aktualdır.

Məişət işlərini bölən cütlüklərin münasibətlərdə daha xoşbəxt olduğu müəyyən edilib.

(adsgarden = window.adsgarden || []).push({});