Alimlər fruktozanın qorxulu təsirini aşkar etdilər


Digərləri 06 Okt 2019 14:18:00 401 0

Alimlər fruktozanın qorxulu təsirini aşkar etdilər

Rasionda fruktozanın yüksək səviyyədə olmağı qaraciyərin yağları əritmək xüsusiyyətinə maneə törədir.

Belə bir qənaətə Bostonun Coslin Diabet Mərkəzinin alimləri gəliblər.

Tədqiqatçılar bildiriblər ki, qlükozanın müvafiq miqdarı metabolizmin göstəricilərinə bu şəkildə təsir göstərmir.

Son.az oxu.az-a istinadən bildirir ki, araşdırmanın müəllifi, Harvard Tibb Məktəbinin professoru Ronald Kan "fruktozanın qaraciyəri yağ yığmağa məcbur etdiyini" müəyyən edib. O, rasiona əlavə edilən böyük miqdarda yağla, demək olar ki, eyni təsir göstərir. Onun sözlərinə görə, qlükozanın səviyyəsinin artırılması isə, qaraciyərin yağları əritməsinə və əslində daha sağlam metabolizmə kömək edir.

"Tədqiqatın ən vacib nəticəsi isə fruktozanın rasionda yüksək miqdarının orqanizmə zərərli olduğunu müəyyən etməyimizdir", - deyə Kan vurğulayıb.

(adsgarden = window.adsgarden || []).push({});