Rusiyada avtobus aşıb,


Dünya 06 Okt 2019 14:02:00 285 0

Rusiyada avtobus aşıb,

Bu gün Rusiyanın Nijeqorod vilayətində turistlərin olduğu avtobus aşıb, 20 nəfər xəsarət alıb.

Son.az APA-ya istinadən bildirir ki, Saratovdan çıxan avtobus yerli vaxta saat 09.40 radələrində Qaqinsk rayonunun Panovo-Osanovo kəndi yaxınlığında aşıb.

İlkin məlumata görə, qəzaya səbəb sürücünün döngədə idarəetməni itirməsi olub və 2 sürücü və 27 sərnişinin olduğu avtobusun aşması nəticəsində 20 nəfər xəsarət alıb. Xəsarət alanlar arasında uşaqlar yoxdur.

Yaralılar xəstəxanalara yerləşdirilib.