Bu əməkdaşlıq Rusiya və Azərbaycan arasında yüksələn xətt üzrə inkişaf edir


Siyasət 06 Okt 2019 14:07:00 138 0

Bu əməkdaşlıq Rusiya və Azərbaycan arasında yüksələn xətt üzrə inkişaf edir

Soçi şəhərində keçirilmiş görüş həm də Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin mövcud olduğunu göstərmiş oldu.

Son.az bildirir ki, bunu Trend-ə İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı deyib.

Onun sözlərinə görə, Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlər 27 ildən çoxdur ki, qurulub və bu münasibət bu gün də yüksələn xətt üzrə inkişaf etməkdədir. Ombudsman Aparatının rəhbəri vurğulayıb ki, iki ölkə arasında yüksələn xətt üzrə inkişaf edən əməkdaşlıq tərəflərindən biri də insan hüquqları sahəsidir.

A.Səfixanlı əlavə edib ki, ölkələrimiz arasında 200-dən artıq müqavilə və saziş imzalanıb, müxtəlif sahələr üzrə əməkdaşlıq proqramları qəbul olunub və bunlar uğurla icra olunmaqdadır.

Aparat rəhbəri qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Soçidə təşkil olunan və dünyanın mühüm beyin mərkəzlərindən sayılan "Valday" Beynəlxalq Diskussiya Klubundakı məntiqli və qətiyyətli çıxışı İlham Əliyevin güclü lider, Azərbaycanın isə güclü dövlət olduğunu bir daha göstərdi.

Aparat rəhbəri deyib ki, dövlət başçımızın "Qarabağ Azərbaycanındır və nida işarəsi" cümləsi son dövrlər Ermənistanın baş naziri Nikol Paşinyanın etdiyi məntiqsiz və daxili auditoriyaya hesablanmış çıxışlarına verilmiş ən tutarlı cavab oldu:

"Ümumiyyətlə N.Paşinyan hakimiyyətə gəldiyi ilk günlərdən özünün qorxaq və yersiz bəyanatları ilə yadda qalmaqdadır. Hələ hakimiyyətinin ilk günlərindən ölkəsinin sərhədlərinin digər dövlətlərin köməkliyi olmadan müdafiə edə bilmədiklərini rəsmi şəkildə bəyan edən Paşinyan, daha sonra yoxsul və aldadılmış əhali kütləsi qarşısında sərsəm çıxışlar edərək özünü münaqişənin həllində "vacib fiqur" kimi göstərməyə çalışırsa, Azərbaycan Prezidenti İlham Əliyev yüksək beynəlxalq tribunalarda, dünyanın siyasi idarəedilməsində bilavasitə iştirak edən dünya liderlərinin toplandığı tədbirlərdə Azərbaycanın müstəqil, siyasi və iqtisadi cəhətdən güclü dövlət olduğunu, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bəyan etməklə yanaşı, həyata keçirdiyi daxili və xarici siyasətdə bunu sübut edir".

A.Səfixanlı bildirib ki, Azərbaycan Prezidenti dəfələrlə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin yalnız hamılıqla tanınmış beynəlxalq hüquq normaları və prinsipləri əsasında mümkün olduğunu, Azərbaycanın ərazi bütövlüyünə xələl gətirə biləcək digər hər hansı həll yolunun heç vaxt qəbul olunmayacağını qətiyyətlə bildirib. 2016-cı ilin aprel döyüşləri və Günnüt əməliyyatı Azərbaycanın bir qarış belə torpağının düşmən tapdağında qoymayacağını, tezliklə qaçqın və məcburi köçkün soydaşlarımızın pozulmuş hüquqlarını bərpa edəcəyini göstərmiş oldu.

Rusiyada avtobus aşıb, like
  • 06 Okt 14:02  
Dünya Rusiyada avtobus aşıb,

Bu gün Rusiyanın Nijeqorod vilayətində turistlərin olduğu avtobus aşıb,

arrow Ətraflı
Sərt atanın sərt oğlu  Yalçın Rzazadənin oxumadığınız like
  • 06 Okt 13:54  
Kriminal Sərt atanın sərt oğlu Yalçın Rzazadənin oxumadığınız

- Maşallah, mən gözümü açıb sizi belə görmüşəm. Heç qocalıb-eləmi

arrow Ətraflı
Cavanlaşmaq istəyirsinizsə, ispanaq yeyin like
  • 06 Okt 13:48  
Digərləri Cavanlaşmaq istəyirsinizsə, ispanaq yeyin

İspanaq əslində göyərti deyil, yarpaq tərəvəzdir. İspanaq Avropa və Am

arrow Ətraflı
Yadplanetlilər varmı? like
  • 06 Okt 13:40  
Digərləri Yadplanetlilər varmı?

ABŞ-dakı Kaliforniya Berkeley Universitetinin tədqiqatçılarının rəhbərl

arrow Ətraflı
Anar Demet Akalının evində like
  • 06 Okt 13:32  
Digərləri Anar Demet Akalının evində

Dünya şöhrətli azərbaycanlı stilist Anar Ağakişiyev Türkiyənin tanınm

arrow Ətraflı
Həftəlik kök pəhrizi ilə arıqlayın like
  • 06 Okt 13:24  
Digərləri Həftəlik kök pəhrizi ilə arıqlayın

Kök həm qaraciyəri müalicə edən, həm də dəriyə günəşdə qaralma eff

arrow Ətraflı
Sabah hava necə olacaq? like
  • 06 Okt 13:20  
Digərləri Sabah hava necə olacaq?

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat aç

arrow Ətraflı
Həftənin ilk iş gününün HAVASI like
  • 06 Okt 13:16  
Digərləri Həftənin ilk iş gününün HAVASI

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat aç

arrow Ətraflı
Yaddan çıxmış sənətkarlar: “Bulaq” səsli aparıcı like
  • 06 Okt 13:08  
Kriminal Yaddan çıxmış sənətkarlar: “Bulaq” səsli aparıcı

Onu Azərbaycan radiosunda "Bulaq" verilişini dinləmiş hər kəs ya

arrow Ətraflı
Türkiyə mikroavtobus aşıb: yaralılar var like
  • 06 Okt 13:05  
Digərləri Türkiyə mikroavtobus aşıb: yaralılar var

Türkiyədə xidməti mikroavtobus aşıb

arrow Ətraflı
Bu maska ilə saçlarınız parıldasın like
  • 06 Okt 13:00  
Digərləri Bu maska ilə saçlarınız parıldasın

Yumurta zəngin tərkibi ilə orqanizm üçün çox faydalıdır. Sadəcə qidal

arrow Ətraflı
Sumqayıtda Özbəkistan vətəndaşı intihar edib like
  • 06 Okt 12:53  
Digərləri Sumqayıtda Özbəkistan vətəndaşı intihar edib

Sumqayıtda Özbəkistan vətəndaşı intihar edib.

arrow Ətraflı
Yağış və sel İranın bu vilayətini iflic etdi like
  • 06 Okt 12:47  
Dünya Yağış və sel İranın bu vilayətini iflic etdi

İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətində ar

arrow Ətraflı