Sərt atanın sərt oğlu Yalçın Rzazadənin oxumadığınız


Kriminal 06 Okt 2019 13:54:00 362 0

Sərt atanın sərt oğlu  Yalçın Rzazadənin oxumadığınız

- Maşallah, mən gözümü açıb sizi belə görmüşəm. Heç qocalıb-eləmirsiz?

- Doğrudan? Əməlli-başlı sevindirdiz məni. Sənətkar belə də olmalıdı. Rəşid Behbudov, Xan Şuşinski, Seyid Şuşinski, Şövkət Ələkbərova, Rübabə Muradova, Vaqif Mustafazadə - onlar həmişə şux, gümrah görünüblər. Yaşa dolsalar da.

- Özünüzü o sıraya aid eləyirsiz?

- Özümü hələ yaşa dolmuş hesab eləmirəm.

- Neçə yaşınız var ki?

- 50-ni keçmişəm.

- Yaxşı qalmısız.

(Gülür)

- Bu, nəsildən, kökdən gəlir. Atam çox canlı-cəsədli, şux kişi olub. Bir də həyat məni heç vaxt sığallamayıb.

- Adətən, "qara gün adamı qaraldar..."  -deyirlər.

- O da düzdü. Həyat mənə heç nəyi hədiyyə eləməyib. Sənətdə də, həyatda da. Görünür, dadıma idmanla məşğul olmağım da çatıb. Həm də iradəcə möhkəm adamam. Sizə bir misal çəkim: tutaq ki, eyni yaşda iki adam dənizdə batır. Biri fikirləşir ki, axırım çatıb, öləcəm. O birisisə ümidini üzmür, çıxış yolu axtarır. Həyat da belədi. Çətinlik insanı bərkidir. Əzab-əziyyət görməyən adam bir balaca çətinə düşən kimi özünü itirir. Həyat mənə istədiyimi o vaxt verib ki, artıq o şeyin mənimçün ləzzəti qalmayıb.

- Bəlkə, siz gecikmisiz?

- Məndən asılı olmayıb. Günah ancaq qismətimdədi. Sənətə gələndə yeni cığır açdım. Stanislavski deyib ki, yenilik maneə törədir. Mən heç kəsi təqlid eləməmişəm. Səsim varıydı, vokal sənətindən xəbərdarıydım. Pərəstişkarlarım maraqla gözləyirdi  ki, Yalçın Rzazadə hansı yeni  mahnını oxuyacaq? Əyninə hansı təzə paltarı geyinəcək? Qəzetlər yazırdılar ki, Yalçın Amerika pencəyi geyinib səhnəyə çıxır.  Sənətkar üçün geyim-kecim vacib məsələdi. Dünya ulduzları belə şeylərdə həmişə nümunə olub. Modelyerlər təzə dəbləri onların paltarlarından götürüblər. Demək istədiyim odu ki, mən hər şeyə fikir verənəm. Amma məni xarici qastrollardan saxlayırdılar, yolumu kəsirdilər.

- Bunun səbəbi yenilikləriniz idi?

- Yox! Xasiyyətim də rol oynayıb. Əyilməz, dikbaş olmuşam. Amma sadə adamam. Kənardan çoxlarına elə gəlir ki, özümdən razıyam. Mənimlə iki kəlmə kəsəndən sonra sadəliyimə mat qalırlar. Ürəyim təmizdi, yumşaqdı. Rəhmətlik atam da beləydi... Həə, o vaxt Tofiq Quliyevdən soruşdum ki, məni niyə gözləri götürmür? Dedi sən sənətinlə, mədəniyyətinlə dövrü qabaqlamısan. Stanislavskinin bir sözü də var: istedadlıya kömək elə, istedadsız onsuz da  özünə yol tapacaq. Bizdə həmişə aşağı səviyyəli sənətkarların imkanı, restoranı, maşını olub. Özlərini oda-közə vurublar.

- Deyirlər, siz də maşın azarkeşi olmusuz...

- Düzdü. Maşını çox sevmişəm. Çox  maşınım olub.  O vaxtlar maşın almaq asanıydı. Xaricə gedəndəsə həmişə oyuncaq maşınlar alıb-gətirirdim. Kolleksiya toplayırdım. Uşaqlıq görməmişəm, ona görə də  gözüm oyuncaqdan doymazdı.  

- Uşaqlığınız necə olub ki?

- Atam həddindən artıq sərt adamıydı. Öz qanunları vardı, onu heç kəs poza bilməzdi.

- Nəçiydi?

- Qaçaq, quldurun çox olduğu vaxtlarda Lerik rayonunun "raykomu" işləyib. Qaçaqlar adamları çapıb-talayıb İrana keçirdilər.  Ona görə də atam həmişə üstündə tapança  gəzdirirdi. Xalqın malına əyri gözlə baxmazdı. Kommunist partiyasına çox inanırdı.  Partiya biletini  əzizlədiyindən,  yastığının altında saxlayırdı. Əsl fanat idi. Həmişə mənə deyərdi ki, noolsun, raykom oğlusan, kişinin əlləri gərək qabar bağlasın. İş-güc nə olduğunu bilsin. Sonralar atamı işdən çıxartdılar. Evdə bir qəpik də pul yoxuydu. Yaxşı ki, dostları kömək elədi. Biri kisədə un gətirdi, biri pul verdi...

- Deməli, uşaqlığınızda həm maddi, həm də mənəvi sıxıntılar yaşamısız...

- Əslində, atamdan qorxmamışam. Nə eləyibsə, düz eləyib. Bugünkü tərbiyəmə görə ona minnətdaram. "Kim necə istəyirsə, elə də yaşasın" prinsipini qəbul eləmirəm.

- Qəribədi, sənətdəki, geyim-kecimdəki müasirliyinizlə bu fikirləriniz heç uyğun gəlmir.

- Müasirliyi qəbul eləyirəm. Amma baxır necə. Hər millətin öz adət-ənənəsi var. Amerikada qızlar dizdən yuxarı geyinirlərsə, bu mütləq bizdə də olmalıdı? Məncə, azərbaycanlılığı hər bir ailə qorumalıdı. Bizim evə gəlsəz, görərsiz, necə qayda- qanun var. Böyük olan yerdə uşaqlar gözə görünməzlər.  Böyüyün söhbətin gərək kiçik eşitməsin. Televizorda artıq-əskik bir şey göstərən kimi uşaqlar yavaşca yayınıb o biri otağa keçirlər.

- Deməli, siz də atanız kimi ailədə çox sərtsiz.

- Əsəbiləşən vaxtlarım olur. Hiss eləyirəm ki, qorxurlar, çəkinirlər. Amma bu qorxu o qorxudan deyil. Burda həm də hörmət var.

- Bəs xanımınızla necəsiz?

- Qadının da,  kişinin də öz yeri olmalıdı. Evdə həmişə mənim sözüm qanundu. Bəziləri deyir ki, arvadım yemək bişirəndə ona kömək eləyirəm. Mən heç vaxt belə şeylərlə məşğul olmaram. Heç qadınım da buna imkan verməz. Deyir ki, kişi gərək, arvadının yanında "fartuk" vurub kartof soymasın. Beləsinə hörməti olmaz. Heç mənim də. Demirəm ki, qadınları istismar eləmək lazımdı. Mənim qızım olsaydı...

- Qızınız yoxdu?

(adsgarden = window.adsgarden || []).push({});