Cavanlaşmaq istəyirsinizsə, ispanaq yeyin


Digərləri 06 Okt 2019 13:48:00 236 0

Cavanlaşmaq istəyirsinizsə, ispanaq yeyin

İspanaq əslində göyərti deyil, yarpaq tərəvəzdir. İspanaq Avropa və Amerikada çox populyardır.

Son.az Axşam.az-a istinadən xəbər verir ki, onun tərkibində A, E, C, K, PP, B qrupu vitaminləri, kalsium, maqnezium, kalium, dəmir, fosfor, sink, marqans, mis, selen kimi minerallar var. Həmçinin ispanaq qidalı liflər və zülalla da zəngindir. Kimyəvi tərkibə görə ispanağı ən faydalı göyərti kimi hesab etmək olar. 

İspanağın insan sağlamlığı üçün faydaları saymaqla bitməz:

- orqanizmi vitamin və minerallarla təmin edir, hipovitaminozlar zamanı olduqca faydalıdır

- orqanizmdən ziyanlı maddələri xaric edir

- maddələr mübadiləsi proseslərini yaxşılaşdırır, arıqlamağa kömək edir

- qanın tərkibini yaxşılaşdırır, qanazlığı zamanı faydalıdır

- bağırsaqların fəaliyyətini stimullaşdırır, qəbizliyi aradan qaldırır

- mədəaltı vəzinin fəaliyyətinə müsbət təsir edir

(adsgarden = window.adsgarden || []).push({});