Həftənin ilk iş gününün HAVASI


Digərləri 06 Okt 2019 13:16:00 267 0

Həftənin ilk iş gününün HAVASI

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, hava Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, yağmursuz olacaq.  Səhər bəzi yerlərdə zəif duman.

Mülayim cənub-qərb küləyi gündüz  güclü şimal-qərb  küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu  gecə 16-20° isti, gündüz  21-24° isti,

Bakıda gecə 17-19° isti, gündüz 21-23°  isti təşkil edəcək.

Atmosfer  təzyiqi 751 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. 

Nisbi rütubət gecə 60-70 %, gündüz 55-60 % olacaq.