Yağış və sel İranın bu vilayətini iflic edib


Digərləri 06 Okt 2019 12:02:12 245 0

Yağış və sel İranın bu vilayətini iflic edib

İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətində aramsız yağan yağışlar və çayların daşması nəticəsində vilayətin cənubunda yeddi istiqamətin yolu bağlanıb

Bakı. Elnur Bağışov - İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətində aramsız yağan yağışlar və çayların daşması nəticəsində vilayətin cənubunda yeddi istiqamətin yolu bağlanıb. Trend-in məlumatına görə, bunu İranın Sistan və Bəluçestan vilayətinin fövqəladə hallar üzrə idarəsinin baş direktoru Əbdürrəhman Şəhnəvazi deyib. Ə.Şəhnəvazinin sözlərinə görə, vilayətin Qəsrqənd rayonunun 40 kəndi ilə əlaqə yolları hələ də bağlıdır. Şəhnəvazi əlavə edib ki, indiyədək bu rayonun 27 kəndində 81 ailəyə yardım edilib.