Sevdiyi qıza görə bıçaqlanan


Kriminal 06 Okt 2019 11:49:00 290 0

Sevdiyi qıza görə bıçaqlanan

Son.az Modern.az-a istinadən Ramiz Novruzov haqda maraqlı yazını təqdim edir.

İnsanın müxtəlif hallarının, fərqli ovqatlarının şahidi olandan sonra onun insanlığı haqda təsəvvür formalaşır. Daha doğrusu, təsəvvür belə formalaşarsa düzgün olar. Onu həmişə gülərüzlü, xoşsimalı görmüşəm, amma kövrəlməyinin də şahidi olmuşam, insanları şənləndirməyinin də, sevincinin də, kədərinin də. Bircə hirslənməyini bilmirəm. Hərdən mənə elə gəlir ki, Ramiz müəllim heç hirslənmir. Səhnədə müxtəlif obrazlarına baxmışam, ailədə oğula-uşağa, qıza-nəvəyə, xanımına münasibətini görmüşəm. Elə bil hirslənəndə də onu zarafatla ifadə edir, mən belə şahidi oldum. Görmüşəm ki, el şənliyində zabitlər onu - general Həzi Aslanovmuş kimi əhatəyə alıblar. Ramiz Novruzov həmin anda özü olmayıb elə Həzi Aslanova dönüb. Eyni tamaşada iki müxtəlif vaxtlarda kulisə keçib müşahidə eləmişəm bu aktyoru. Bəhram Osmanovun "Xəcalət" tamaşasının antraktında birinci dəfə tamaşanın təsirindən ağlaya-ağlaya qucaqlaşdıq. Üstündən iki il keçəndən sonra həmin tamaşanın antraktında kulisdə səhnəyə çıxmağına sanılı saniyələr qalmış görüşdük. Elə bildim görüşdüyüm Ramiz Novruz deyildi, onun "Xəcalət" tamaşasındakı yaratdığı obrazdır. Demək, vaxtı düzgün seçməmişdim, aktyor artıq obraza daxil olan vaxt gəlmişəm onu görməyə.     

Çox nadir sənətkarı xalqın sevdiyi qədər də çalışdığı kollektivdə, ünsiyyətdə olduğu insanlar sevirlər. Qəhrəmanın həmin nadirlərdəndir. Uşaqlıq Biləsuvar rayonun Səmədabad kəndində doğulub, orda da orta məktəbi bitirib. Atası dülgər olub, müharibə veteranı imiş, Berlinə qədər gedibmiş. Atasının müharibə barədə xatirələri ilə böyüyüb, deyir o, müharibədən danışanda söhbətlərindən doymaq olmurdu, çünki çox səmimi danışardı. Ata həm də dindar adam olub, ibadəti, namazı yerli-yerində. Anası evdar qadın, ailədə iki qardaş, üç bacı olublar. Onlar da hamısı ailəlidirlər, burda Bakıda yaşayırlar. Bircə qardaşı rayondadır, müəllimdir. Əslində aktyorluğu qəhrəmanıma o qardaşı sevdirib, özünün də istedadı var, amma bu gün ona baxıb qürurlanmaqla kifayətlənir. Orta məktəbdə yaxşı oxuyan olmayıb, amma məktəbin gərəkli şagirdi olub, bütün məktəb tədbirlərində ona güvəniblər ki, şeir deyən, rol oynayan, aparıcılıq edən var. Bütün kənd uşaqları kimi çilingağac, dirədöymə oynamağına söz yox, amma ən çox futbol oynayarmış. 8-ci sinifdən başlayaraq bütün bu maraq və istedadlar keçir arxa plana, çünki məktəbdə teatr dərnəyi fəaliyyətə başlayır. "Elə o vaxtlardan da yəqin vurulmuşam bu sənətə. İlk məhəbbət kimidir, bilmirsən niyə sevirsən, onu bilsən demək heç sevmirsən əslində. Bəzi aktyorlar müsahibələrində deyirlər ki, mən heç aktyor olmaq istəmirdim, təsadüfən gəlmişəm bu sənətə. Mən həmişə belə aktyorlardan qorxmuşam, çünki belələri gec-tez sənətə xəyanət edir". İlk dəfə onuncu sinifdə oxuyanda inşada aktyor olmaq istədiyini açıqlayıb. İnşa belə də başlayırmış: "Mən indiyə qədər kim olacağım barədə çox inşalar yazmışam, amma hamısında yalan yazmışam, bu dəfə ilk dəfə həqiqəti deyirəm..." Təsəvvür edin də, kənddə quzu otarmağı bacarmayan, hər quzu otaranda başı futbol oynamağa qarışdığından bir quzu bada verən kənd uşağı gəlib neçə ilin sənətkarlarının çəkilmək istədiyi qəhrəman obrazına çəkildi. Uşaqda bəxtə bax e...  

Tələbəlik

Orta məktəbi bitirəndən sonra atası ona bir bilet alıb, üstündə də o vaxtın puluyla 85 manat verib ki, get Bakıya oxu, kim olursan ol, özün bilərsən, amma adam ol. İmtahanda aktyor sənətindən 4, 4, 5 alıb. Özü də Rza Təhmasibdən. Özü də Sovet vaxtı qadağan olunmuş bir şairin şeirini deyib qabiliyyət imtahanında. Rza Təhmasib görünür Tofiq Fikrətin "Siz" şeirini cəsarətlə (qadağan olunduğundan bixəbər olduğu halda) dediyinə görə onun həm qabiliyyətinə, həm də elə qalibiyyətinə 5 yazıb. Yazıdan isə kəsilib, daha doğrusu kəsiblər, şikayəti əsasında onu geri götürüblər, amma bir il Pedaqoji institutda oxuyandan sonra, çağırıblar ki, gəl, səni haqsız kəsiblər. Ramiz Novruzov adlı bu tələbə də eləmə tənbəllik tələbnamə ilə özünü saldırır Adil İsgəndərovun kursuna. Bunu o vaxt hansı tələbə istəməzdi ki...

Adil İsgəndərovun belə bir ənənəsi olub, tələbələrinə sonda bir rəy yazarmış. Ramiz Novruzova yazıb ki, sənin əxlaqınla yanaşılsa irəli getmək olar, böyük teatrda işləyə bilərsən: "Sən o adamlardansan ki, ilk görüşdən etibar edib uzaq yola çıxmaq olar".    

General    

Təyinatla bir il Sumqayıt teatrında işləyib. Əsgərlikdən sonra bu teatrda Nəriman Həsənzadənin "Qoy, bütün şərq bilsin" tamaşasında general Şıxlinskini oynayır. Tamaşaya baxanlar arasında Hökumə Qurbanova da varmış. Aktrisa tamaşadan sonra deyib ki, mən yalnız bir söz deyə bilərəm generalı oynayan oğlan yaxşı idi. Aktyor bundan ürəklənib böyük teatrda işləmək üçün müraciət edib. Müraciət az sonra qəbul edilib.  

"Bir on il Akademik teatrda özümü sübut etməklə məşğul oldum. Yalnız başımı aşağı salıb işləyirdim. Özüm üçün belə bir xətt tutmuşdum, həmişə orta sıralarda Adil İsgəndərov, Rza Təhmasib, Mehdi Məmmədov əyləşərdi, onları əsas tutub oynayırdım, onların xoşuna gəlsin". Tanrı hər 10 ildən bir ona bir hədiyyə göndərib. 31 yaşında Əməkdar artist, 42 yaşında Xalq artisti. Ardıcıl uğurlu rollar da üstəlik.    

Teatrda  

Teatrda oynadığı rollar: Nəvvab və İran şəhzadəsi ("Xurşidbanu Natəvan", İlyas Əfəndiyev), Mayor Edmund ("Şeyx Xiyabani", İlyas Əfəndiyev), Bahadur ("Mahnı dağlarda qaldı", İlyas Əfəndiyev), Məhəmməd Suvarlı ("Sevgililərin cəhənnəmdə vüsalı", İlyas Əfəndiyev), Cəmil ("Bizim qəribə taleyimiz", İlyas Əfəndiyev), Sisyanov və Kərbəlayi Xan ("Hökmdar və qızı", İlyas Əfəndiyev), Seyton ("Maqbet" Uilyam Şekspir), Edmund ("Kral Lir", Uilyam Şekspir), Kreon ("Medeya", J.Anuy), İbn Yəmin ("İblis", Hüseyn Cavid), Səlim bəy ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Loğman ("Fəryad", Bəxtiyar Vahabzadə), Laçın ("Hara gedir bu dünya?", Bəxtiyar Vahabzadə), Toğrul ("Cəzasız günah", Bəxtiyar Vahabzadə), Fərhad ("Sənsiz", Şıxəli Qurbanov), Baş redaktor ("Mənim sevimli dəlim", Elçin), Andranik və Nostradamus ("Hələ "sevirəm"deməmişdilər...", Ramiz Novruz), Ələs bəy ("Dirilən adam", Mir Cəlal), Qaçaq Süleyman ("Ölüləri qəbiristanlıqda basdırın", İsmayıl Şıxlı), Murad ("Xəcalət", Hüseynbala Mirələmov), Cəbrayıl ("Teleskop", Elçin), "Yaşlı qadının gəlişi"( F. Dürrenmat)  

Kino  

(adsgarden = window.adsgarden || []).push({});