HindistanPakistan müharibəsinin


Dünya 06 Okt 2019 11:09:00 290 0

HindistanPakistan müharibəsinin

ABŞ-ın elm adamları Pakistan və Hindistan arasında 2025-ci ildə baş verə biləcək nüvə müharibəsinin nəticələrini dəyərləndirib.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Arş Texnika" adlı saytda məlumat yayılıb.

Elm adamları nüvə müharibəsinin 2025-ci ildə baş verə biləcəyini proqnozlaşdırıblar, tərəflərin hər birində 400-500 nüvə silahı olduğunu ehtimal edirlər.

Araşdırmaya əsasən, Hindistan 100 strateji raketlə Pakistana hücum edəcək, qarşı tərəf də 150 raketlə buna cavab verəcək. Bu vəziyyətdə cəmi bir həftə ərzində 50-125 milyon arası insan həlak olacaq.