Azərbaycan-Rusiya münasibətləri bütün sahələrdə inkişaf edir - Deputat


Digərləri 06 Okt 2019 11:04:16 249 0

Azərbaycan-Rusiya münasibətləri bütün sahələrdə inkişaf edir - Deputat

Azərbaycan və Rusiya arasında olan münasibətlər qarşılıqlı maraqlara xidmət edir.

Bakı. İlhamə İsabalayeva - Azərbaycan və Rusiya arasında olan münasibətlər qarşılıqlı maraqlara xidmət edir. Bunu Trend-ə Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyası Qafqazşünaslıq İnstitutunun direktoru Musa Qasımlı deyib. Deputatın sözlərinə görə, Azərbaycan-Rusiya münasibətlərinin geniş hüquq-müqavilə bazası var. İki ölkə arasında münasibətlər bütün istiqamətlərdə - siyasi, ticarət-iqtisadi, hərbi-müdafiə, elmi-texniki, mədəni və humanitar sahələrdə inkişaf edir. M.Qasımlı qeyd edib ki, bu gün Azərbaycan və Rusiya Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin birgə səyləri ilə mehriban qonşulara və strateji tərəfdaş ölkələrə çevriliblər: “Rusiya bizim şimal qonşumuzdur. Biz Rusiyanın güclü olmasında maraqlıyıq. Rusiyada azərbaycanlı soydaşlarımız yaşayırlar. Azərbaycanda da rus icması var, ölkəmizdə onlar üçün hər cür şərait yaradılıb. Azərbaycan-Rusiya münasibətlərinin çox yaxşı perspektivləri var. Hələ istifadə edilməyən çoxlu potensial var. Azərbaycan-Rusiya münasibətlərinin bundan sonra da tərəflərə xeyir gətirəcək böyük inkişaf perspektivləri mövcuddur”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin