Azərbaycanda bu insanların gecə 11dən sonra çölə çıxması QADAĞANDIR


Digərləri 06 Okt 2019 10:54:00 353 0

Azərbaycanda bu insanların gecə 11dən sonra çölə çıxması QADAĞANDIR

Bu günlərdə məlum oldu ki, Bakıda üzərində probasiya xidmətinin elektron nəzarət qolbağını daşıyan şəxsoğurluq edirmiş. Söhbət bir müddət əvvəl Səbail rayonunda Səbinə Atakişiyeva, Ceyhun Cəbiyev və Kənan Nəcəfovun törətdiyi oğurluq əməlindən gedir. Araşdırma zamanı müəyyən edilib ki, dəstə üzvü olan K.Nəcəfov əvvəllər də cinayət törətdiyinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə şərti məhkum edilib. Hazırda probasiya nəzarətində cəzasını çəkir. Ayağında probasiya xidmətinin bilərziyini daşıyan K.Nəcəfov buna baxmayaraq yenidən oğurluq edib.

Belə məlum olur ki, probasiya xidmətinin elektron nəzarət qolbağı da məhkumu cinayətdən daşındırmır. Belə isə bu qolbağın əhəmiyyəti nədir? Ümumiyyətlə, probasiya xidmətinin elektron bilərziyi hansı məhdudiyyətləri qoyur? 

Son.az bildirir ki, Lent.az-ın bu suallarına Ədliyyə Nazirliyinin Probasiya Xidmətindən cavablandırdılar:

"Probasiya xidmətinin elektron nəzarət bilərziyini məhkəmənin qanuni hökmü ilə şərti azadlığa buraxılanlar ayağında daşıyır. Həmin şəxslər probasiya nəzarətində cəzasını çəkir. Məhkəmənin qərarına əsasən, həmin şəxslərə müəyyən olunmuş qadağalar qoyulur. Bu nəzarət əsasən iki istiqamətdə aparılır. Birincisi, hökm oxunan şəxs təyin olunmuş şəhər, rayon və.s ərazidən kənara çıxmamalıdır. İkincisi isə gecə saaat 23:00-dan səhər saat 07:00-dək evdən bayıra çıxa bilməz. Günün digər hissəsini yəni, səhər saat 07:00-dən axşam saat 23:00-dək işə və ya digər istədiyi yerə getməkdə sərbəstdir. Ancaq müəyyən olunmuş ərazini tərk etdikdə və ya axşam saat 23:00-dan sonra evi tərk etsə dərhal siqnal vasitəsilə bizə məlumat gəlir. Səbail rayonunda törədilən oğurluq hadisəsi də axşam saat 19 radələrində baş verdiyi üçün hər hansı bilgi gəlməyib. Bir sözlə, probasiya xidmətinin elektron nəzarət bilərziyi cinayətin qarşısını almır. Sadəcə şəxsin hərəkətlərinə müəyyən qadağalar tətbiq edir".

Probasiya Xidməti elektron nəzarət bilərziyi daşıyan şəxsin təkrar cinayət törətdiyi təqdirdə çəkəcəyi cəza barədə də məlumat verib: