Rəşad Salayev qadının intim şəkillərini yaydı, təqib etdi, döydü...


Dünya 06 Okt 2019 10:39:00 357 0

Rəşad Salayev qadının intim şəkillərini yaydı, təqib etdi, döydü...

Avropa İnsan Haqları Məhkəməsi uzun illər məişət zorakılığının qurbanına çevrilən, sosial şəbəkələrdə əvvəllər birlikdə yaşadığı azərbaycanlı tərəfindən  təqiblərə, təzyiqlərə məruz qalan Rusiyalı qadının online qısnama-kiberbullinq üzrə şikayətinə baxır.

Son.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə "Kommersant" nəşri məluma yayıb. Söhbət Ulyanovsk şəhər sakini, 34 yaşlı Valeriya Volodinadan gedir. Məhz adıçəkilən qadının şikayəti əsasında bir neçə ay əvvəl Avropa İnsan Haqları Məhkəməsi Rusiyanı 26 min avro təzminat ödəməyə məhkum edib. Avropa Məhkəməsi belə qərara gəlib ki, Rusiya dövləti qadını qorumaq üçün yetərli tədbirlər görməyib. İndi isə məhkəmə qadının ikinci şikayətini-internet üzərindən qısnama ilə bağlı müraciətini araşdırır. Bu, Avropa İnsan Haqları Məhkəməsinin praktikasında ilk belə presedentdir.

Qeyd edək ki, Valeriya qeyri-rəsmi nikahda olduğu Azərbaycan vətəndaşı tərəfindən döyülüb, işgəncələrə məruz qalıb, dəfələrlə hüquq-mühafizə orqanlarına şikayət edib. Lakin çoxsaylı şikayətlərə əhəmiyyət verilməyib, cinayət işi açılmayıb. Qadını zorakılığa məruz qoyan isə keçmiş sevgilisi, Azərbaycan vətəndaşı Rəşad Salayev olub. O, mütəmadi olaraq Valeriyanı  güdüb, onu izləyib, döyüb və xəsarətlər yetirib.

Polis orqanları isə qadına təhdidlərin qısqanclığın təzahürü olduğunu deməklə kifayətləniblər. İş o yerə çatıb ki, Valeriya Rusiyanı tərk edib, ad-soyadını dəyişmək məcburiyyətində qalıb. Amma nə təhdidlərin, nə şantajların, nə də hədə-qorxuların ardı-arası kəsilməyib.

Hüquq müdafiəçisi Tatyana Savina deyir ki, ilk dəfə Avropa İnsan Haqqları Məhkəməsi fiziki deyil, sosial şəbəkələr üzərindən  onlayn qısnama-kiberbullinq işi üzrə şikayətə baxacaq: " Üç ay əvvəl şikayət etmişik. Artıq araşdırmalar başlanılıb. İlk dəfə olaraq Avropa İnsan Haqqları Məhkəməsi internet üzərindən zorakılıqla bağlı şikayəti araşdıracaq".

V.Volodina Rəşad Salayevlə 2014-cü ilin sonlarında tanış olub. Qadın ilk dəfə döyülməsi ilə bağlı 1 yanvar 2016-cı ildə müraciət edib. Həmin vaxt faktla əlaqədar cinayət işi açılmayıb. Bundan sonra qadın məcburən Moskvaya qaçmalı olub. Lakin onun yerini öyrənən R.Salayev Valeriyanı taparaq yenidən Ulyanovskə qaytarıb. Cəmisi iki gündən sonra isə hər şey yenidən təkrarlanıb. Bu dəfə hamilə vəziyyətdə olan Volodiya döyülmə nəticəsində bətnindəki körpəsini itirib. Qəribə də olsa, R.Salayevin bu əməli ilə bağlı da hüquq-mühafizə orqanları tərəfindən heç bir araşdırma aparılmayıb. Salayev isə Azərbaycana qayıdaraq qadına qarşı təqibləri, təhdidləri davam etdirib.

Çox keçməyib ki, qadının "Vkontakte" sosial şəbəkəsindəki səhifəsi Rəşad tərəfindən ələ keçirilib, intim şəkilləri internetdə yerləşdirilib. Həmin şəkillər birgə yaşadıqları vaxtda Rəşad tərəfindən çəkilib. Zərərçəkmişin polis orqanlarına bu haqda müraciəti isə cavabsız qalıb.

(adsgarden = window.adsgarden || []).push({});