İran da istirahət gününü ağır qəza ilə açdı:


Dünya 06 Okt 2019 10:24:00 301 0

İran da istirahət gününü ağır qəza ilə açdı:

İranın Qəzvin-Zəncan magistral yolunda zəncirvari qəza baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın Qəzvin vilayətinin təcili yardım və fövqəladə hallar üzrə mərkəzinin direktoru Peyman Namdar deyib.

P.Namdarın sözlərinə görə, 2 ədəd "Samand" markalı avtomobil və bir ədəd avtobus yol kənarında dayanmış yük maşını ilə toqquşublar.

Namdar əlavə edib ki, hadisə nəticəsində 1 ədəd "Samand" markalı avtomobilin 3 sərnişini həlak olub.

Mərkəz direktoru qəza nəticəsində 38 nəfərin yaralandığını deyib.