İranda zəncirvari qəza; ölən və yaralanan var


Digərləri 06 Okt 2019 10:02:05 257 0

İranda zəncirvari qəza; ölən və yaralanan var

İranın Qəzvin-Zəncan magistral yolunda zəncirvari qəza baş verib

Bakı. Elnur Bağışov - İranın Qəzvin-Zəncan magistral yolunda zəncirvari qəza baş verib. Trend-in məlumatına görə, bunu İranın Qəzvin vilayətinin təcili yardım və fövqəladə hallar üzrə mərkəzinin direktoru Peyman Namdar deyib. P.Namdarın sözlərinə görə, 2 ədəd “Samand” markalı avtomobil və bir ədəd avtobus yol kənarında dayanmış yük maşını ilə toqquşublar. Namdar əlavə edib ki, hadisə nəticəsində 1 ədəd “Samand” markalı avtomobilin 3 sərnişini həlak olub. Mərkəz direktoru qəza nəticəsində 38 nəfərin yaralandığını deyib.