“Ağzından horra tökülür”


Şou-biznes 06 Okt 2019 09:54:00 341 0

“Ağzından horra tökülür”

"Maşın" şouda növbəti qalmaqal yaşanıb.

Son.az Axşam.az-a istinadən xəbər verir ki, bu dəfə müğənni Ayan Babakişiyeva və Aşıq Namiq Fərhadoğlu arasında nahar zamanı dava olub.

"Özünü o qədər göylə aparırsan ki, nə olub, yekə qızsan. Elə bil Maykl Ceksonsan. Dünəndən səni yola verirəm, Kimsən sən? Adamını tanı. Sakit dururam, əsəbiləşdirirsən" deyə, Ayana qışqırmağa başlayıb.

Bu zaman Ayan "Səsinin tonunu aşağı sal. Ağzından horra tökülür. Hamıya xoflu-xoflu baxırsan. Səni "fışka" kimi ortaya atdılar" sözləri ilə ona qarşılıq verib.

Tərəfləri Aqşin Fateh "Mənə ən böyük udarı Ayan vurub, amma gör, onunla necə danışıram" deyərək sakitləşdirib.

(adsgarden = window.adsgarden || []).push({});