5 fil şəlaləyə düşən balasını xilas etmək istəyərkən ölüblər


Digərləri 06 Okt 2019 09:04:00 211 0

5 fil şəlaləyə düşən balasını xilas etmək istəyərkən ölüblər

Taylandın cənubundakı "Hao Yai" milli parkında beş yetkin fil şəlaləyə düşən fil balasının canını qurtarmaq istəyərkən ölüblər.

Son.az Trend-ə istinadən bildirir ki, faciə oktyabrın 5-i səhər tezdən baş verib.

Milli parkın işçiləri, fillərin səsini eşidərək bir dərədə üç yaşlı boğulan fil balasını və onu xilas etməyə çalışan yetkin filləri tapıblar. Şəlalənin dibinə enərək, mühafizəçilər daha 5 boğulmuş fil tapıblar. Bir neçə saatdan sonra sağ qalan filləri iplərdən istifadə etməklə xilas etmək mümkün olub.

(adsgarden = window.adsgarden || []).push({});