Narkotik alverçiləri təqib zamanı suya düşən polisləri xilas edib


Digərləri 06 Okt 2019 09:00:00 244 0

Narkotik alverçiləri təqib zamanı suya düşən polisləri xilas edib

İspaniyada narkotik vasitə alverçiləri qayıqları toqquşduqdan sonra suya düşən Mülki Qvardiyanın əməkdaşlarının köməyinə yetişib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, polis Malaqa əyaləti sahillərində cinayətkarların həbs olunması üzrə əməliyyat keçirirmiş. Hüquq-mühafizə orqanları narkotik vasitələrin daşınmasında şübhəli bilinən dörd nəfərin qaçmağa çalışdığı kateri təqib etməyə başlayıb. Lakin təqib qəza ilə nəticələnib. Sürətlə hərəkət edən qayıqlar toqquşub və üç polis əməkdaşı dənizə düşüb.

Əməliyyatda iştirak edən helikopterdəki polislər vəziyyətin təhlükəli olduğunu görərək mikrofon vasitəsilə cinayətkarları köməyə çağırıb. Yekunda xilas olunan polislər qayıqda üç ton həşiş aşkarlayaraq xilaskarlarını həbs edib.

(adsgarden = window.adsgarden || []).push({});