Taylandda bədbəxt hadisə nəticəsində fillər ölüb


Digərləri 06 Okt 2019 08:32:28 247 0

Taylandda bədbəxt hadisə nəticəsində fillər ölüb

Taylandın cənubundakı "Hao Yai" milli parkında beş yetkin fil şəlaləyə düşən fil balasının canını qurtarmaq istəyərkən ölüblər

Bakı, Taylandın cənubundakı "Hao Yai" milli parkında beş yetkin fil şəlaləyə düşən fil balasının canını qurtarmaq istəyərkən ölüblər. Trend-in məlumatına görə, faciə oktyabrın 5-i səhər tezdən baş verib. Milli parkın işçiləri, fillərin səsini eşidərək bir dərədə üç yaşlı boğulan fil balasını və onu xilas etməyə çalışan yetkin filləri tapıblar. Şəlalənin dibinə enərək, mühafizəçilər daha 5 boğulmuş fil tapıblar. Bir neçə saatdan sonra sağ qalan filləri iplərdən istifadə etməklə xilas etmək mümkün olub.